Türkiyədə ağır yol qəzası: Onlarla insan xəsarət alıb

  • By Günel
  • 20 Mart 2025 08:11

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu idarəetmədən çıxaraq xəndəyə aşıb.

Gununsesi.info bu barədə yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, ağır yol qəzasında 20 nəfər xəsarət alıb.

Hadisə yerinə jandarm, təcili yardım, xilasedicilər cəlb olunub. Yaralılar təcili yardım maşınları ilə Aksaraydakı xəstəxanalara aparılıb.

Qeyd edilir ki, hadisəyə avtobusun sürücüsünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub.

Gununsesi.info