Noyabrın 7-də UEFA Çempionlar Liqasında 4-cü turun oyunlarına start verilir.
Gununsesi.info xəbər verir ki, F qrupunda Dortmund “Borussiya”sı “Nyukasl Yunayted”, “Milan” isə PSJ ilə qarşılaşacaq.
G qrupunda “Mançester Siti” “Yanq Boyz”la, “Srvena Zvezda” isə “Leypsiq”lə qarşılaşacaq.
H qrupunda Ukraynanın “Şaxtyor”u ilə “Barselona” və “Porto” və “Antverpen” komandaları qarşılaşacaq.
Noyabrın 8-də Münhendə İstanbulun “Qalatasaray” klubu “Bavariya” ilə qarşılaşacaq.
Türkiyə klubu qrup mərhələsində əvvəlcə “Kopenhagen”lə heç-heçə edib (2:2), “Mançester Yunayted”i məğlub edib, “Bavariya”ya uduzub (1:3). Türkiyə yığması 4 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Gununsesi.info