Beynəlxalq İnkişaf Agentliyi (USAID) payızda Moldova və Rumıniya ilə sərhəd məntəqələrinə üç generator bağışlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə bu barədə agentlik X-də (Twitter) məlumat yayıb.
USAID-dən qeyd edildiyi kimi, ABŞ Ukrayna ixracatını dəstəkləməyə davam edəcək.
Xatırladaq ki, oktyabrın əvvəlində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə enerji infrastrukturu obyektlərinin qorunması üçün Ukraynaya materialların bir hissəsini köçürüb.
Qeyd edək ki, dekabrın 3-də isə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və ABŞ dövlət katibi Antoni Blinken arasında Ukraynanın enerji sektorunu dəstəkləmək üçün anlaşma memorandumu imzalanıb.
Günay