Uşaqlar məişət zorakılığının qurbanı kimi

Coşua Alonso 6 il əvvəl anasını itirib. Onun anası keçmiş həyat yoldaşının əlindən ölüb. 25 yaşında səkkiz yaşlı qardaşına qulluq etməli olub. Onlar 2013-cü ildən İspaniyada məişət zorakılığının qurbanı olan kimsəsiz uşaqlar arasındadır: ölkədə 391 belə hal var.

Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir.

“Gender əsaslı zorakılıqla bağlı xəbərləri eşidəndə, xüsusən də məişət zorakılığının qurbanı olmuş kimsəsiz uşaqlardan söhbət gedəndə təəccüblənirəm: hər şey düzgün aparılırmı? Bu uşaqlar qorunurmu?” Coşua euronews-a danışır.

İndi Joshua gender stereotiplərini qırmaq üçün uşaqlarla işləyir və həmçinin yetim uşaqların – məişət zorakılığının unudulmuş qurbanlarının hüquqları üçün mübarizə aparır. Yalnız 2015-ci ildə anasını itirmiş uşaqlar birbaşa məişət zorakılığının qurbanı kimi tanınıb. O vaxtdan bəri onların layiqli yetimlik ödənişləri almaq hüququ uğrunda mübarizə gedir.

İspaniyada feministlər məişət zorakılığına son qoymaq üçün mübarizə aparırlar. Qadın hərəkatı kişi zorakılığına son qoyulmasını tələb etmək üçün təkrar-təkrar küçələrə çıxır.
Tərcümə:Adil
Gununsesi.info