USM müayinəsinin proqnozu niyə düzgün çıxır?

  • By admin
  • 16 Yanvar 2021 21:12
Quranda deyilir ki, bətnlərdə olanı yalnız Allah bilir. Bəs həkimlərin USM müayinəsinin proqnozu niyə düzgün çıxır?

Qurani-Kərimin Loğman surəsinin sonuncu ayəsində Allah-Taala buyurur: “…Bətnlərdə olanı O bilir…” (Loğman, 34). Göründüyü kimi, ayədə yalnız bətnlərdəki körpələrin cinsi nəzərdə tutulmayıb, ümumi halda “bətnlərdə olanı O bilir” buyurulur.

 

Elə isə, burada daha geniş mənaların yatdığını düşünməyə əsas var. Körpənin istər ana bətnində, istərsə də doğulduqdan sonra sağlam ya xəstə olacağını, nə qədər yaşayacağını, yaxşı əməl ya günah sahibi olacağını Allahdan başqa kim bilər? Hətta burada rüşeymin cinsinin nəzərdə tutulduğunu qəbul etsək belə, unutmamalıyıq ki, əvvəla, həkimlərin proqnozları heç də həmişə doğru çıxmır, onların da yanıldıqları hallar az olmur.

 

İkincisi, müasir tibb cihazlarını yaratmaq və idarə etmək imkanını da insanlara verən Allahdır. Əgər Allahın icazəsi olmasa, həkimlər heç nə barədə xəbər verə bilməzlər. Beləliklə, son mənada hər şeyin ixtiyarı Allahın əlindədir və həqiqi doğru bilik yalnız Ona məxsusdur.

Gununsesi.info