Vəziyyəti ağırlaşan aparıcı Türkiyəyə aparıldı - FOTO

  • By admin
  • 03 Sentyabr 2021 15:15

Prodüser-aparıcı Sayqa Cahidin vəziyyəti ağırdır.

Gununsesi.info axşam.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı Elgiz Əkbər məlumat yayıb. Onun sözlərinə görə, S.Cahid müalicə olunmaq üçün Türkiyəyə aparılıb. Maddi imkanı müalicəsinə çatmayan həmkarı üçün Elgiz yardım istəyib. Oğlunun tələbə olduğunu xatırladan aparıcı Sayqanın yardım kompaniyasından xəbərsiz olduğunu vurğulayıb:

“Səhər saatlarında çox üzücü xəbər aldım. Tanınmış jurnalist, prodüser Sayqa Cahid ağır vəziyyətdə Türkiyəyə çatdırılıb. Burada dərdinə əlac olmayıb. Hal-hazırda vəziyyəti kritikdir. Maddi sıxıntısı var. Allaha xatir, onu ölməyə qoymayaq. Xahiş edirəm, nə olar köməyimizi əsirgəməyək. Vəziyyəti çox ağırdır. Pulu ödəməsə xəstəxanadan çıxaracaqlar. Allah yardımçınız olsun”.

Aparıcı Firuzə Cəlilova (Fira) həmkarının səhhətinim ağırlaşmasına səbəbkarın Bakı Sağlamlıq Mərkəzinin həkimləri olduğunu qeyd edib:

“Tanınmış prodüser və aparıcı Sayqa Cahidin səhhətinim ağırlaşmasına səbəbkar olan “qəhrəman”lar. Sayqa hal-hazırda ağır vəziyyətdə İstanbulda xəstəxanaya yerləşdirilib. O, ay yarım əvvəl mərkəzdə uroloq-androloq Niyaməddin Əliyev və Qardaşxan Mamedov tərəfindən böyrək əməliyyatı keçirib. Böyrəyində daş var idi. Əməliyyat uğursuz keçib. Əməliyyat bitdikdən sonra ona stend qoyulub. Stendi çıxarandan sonra davamlı şəkildə qızdırması olub. Sayqa hər gün kritik vəziyyətdə xəstəxanaya aparılıb-gətirilib. Axırda məcbur olaraq İstanbula gətirməli olublar. Həkimlər təcili konsilium edərək vəziyyətinin çox ağır olduğunu bildiriblər. Qırmızı qan hüceyrələri həddən artıq düşüb. Hətta həkimlər onun sağ qaldığına məəttəl qalıb. Addım belə ata bilmir. Həkimlər onu kritik vəziyyətdən çıxarmağa çalışır. Əməliyyat zamanı infeksiya düşdüyü üçün böyrəyi şişib. Bədəndə olan infeksiya yüksəlib. Həkimlər onu kritik vəziyyətdən çıxara bilsələr, yenidən əməliyyat edəcəklər”.

Gununsesi.info