Vasif Talıbovu dinlədiyinə görə 14 il cəza alan nazir azadlıqda

  • By admin
  • 28 Sentyabr 2022 11:41

Ali Məhkəmə Naxçıvan MR-nın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun kassasiya şikayətini təmin edib.

Gununsesi.info xəbər verir ki, Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib, sabiq nazirə 6 il 6 ay 20 gün azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, məşhur Eldar Mahmudovun və dəstəsinin əməllərinin üstü açılan zaman məlum olub ki, Vəli Əsgərov Onun göstərişi ilə
Vasif Talıbovun və ailə üzvlərinin telefon danışıqlarını dinləyib.

Həbs edilən Vəli Əsgərov mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə, vəzifə səlahiyyətlərini aşmada, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozmada-gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etmədə və s. ittiham edilərək 14 il müddətinə azadlıqdan məhrum olunub.

Vəli Ələsgərovun vəkilləri həbsindən sonra onun dəhşətli işgəncələrə məruz qaldığını deyib.

Gununsesi.info