Vereşçuk: "40 minə yaxın ukraynalı zorla Rusiyaya təxliyə edilib"

  • By admin
  • 27 Mart 2022 09:58

Rusiya hərbçiləri 40 minə yaxın ukraynalını Ukraynadakı döyüş bölgələrindən çıxarıblar. Onlar ya işğal olunmuş ərazilərin dərinliklərinə, ya da birbaşa Rusiyaya aparılır.

Gununsesi.info “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə işğal olunmuş ərazilərin reinteqrasiyası naziri İrina Vereşçuk bildirib.

“Rusiya alternativ “humanitar reallıq” yaradır və Rusiya Federasiyasında Mariupol sakinləri üçün özünün qondarma təxliyə marşrutlarını qurmağa çalışır. Ehtimal olunur ki, şəhər əhalisinin əksəriyyəti onlarıb ərazisinə qaçmaq istəmir. Nəticədə, rus qoşunları mülki insanları zorla işğal olunmuş ərazilərin dərinliklərinə və ya Rusiyaya aparır. Söhbət on minlərlə ukraynalının bu şəkildə zorla köçürülməsindən gedir.”, – Vereşçuk bəyan edib.

Gununsesi.info