Vilayət Eyvazov polkovnik-leytenantı təqaüdə göndərdi

  • By admin
  • 19 Yanvar 2021 11:21

Daxili İşlər Nazirliyi (DİN) Abşeron Rayon Mühafizə İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Oqtay Dilavarov işdən azad edilib.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, O.Dilavarov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.(Report)

Gununsesi.info