Xəstəxanalarda elektron sistemin çökdü - TƏBİB-dən açıqlama

  • Müəllif: Şəbnəm
  • 14 Sentyabr 2024 13:36
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) xəstəxanalarda elektron sistemin çökməsinin səbəbini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, TƏBİB-in açıqlamasında deyilir:
“14.09.2024-cü il tarixində səhər saatlarında internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb.
Problem qısa müddətdə aradan qaldırılıb və sistem tam olaraq fəaliyyətini bərpa edib”.