Xəzərdə yenidən zəlzələ oldu

  • Müəllif: Firuzə
  • 08 Aprel 2026 19:25

Xəzər dənizində yenidən zəlzələ baş verib.

Gununsesi.info  xəbər verir ki, bu haqda Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,5 olan zəlzələ yerli vaxtla saat 18:11-də qeydə alınıb.

Yeraltı təkan 51 km dərinlikdə olub.

Gununsesi.info