Yaz fəsli üçün 12 ən faydalı qida məhsulu

  • By admin
  • 23 Mart 2021 21:45

Uzun sürən qış fəslindən sonra, yaz aylarında  orqanizmi möhkəmləndirmək üçün qida rasionuna hansı məhsulları əlavə etmək lazımdır?

Sitrus meyvələri

2 ədəd portağal və ya 1 ədəd kivi vitamin C-yə olan  sutkalıq normanı ödəyir. Bu meyvələr, həm də artıq çəkidən azad olmağa kömək edir.

Tərəvəzlər, giləmeyvələr 

Dondurulmuş meyvə, tərəvəz və giləmeyvələrdə vitamin istixanalarda yetişdirilən meyvələrə nisbətən daha çoxdur.

 

Kök, balqabaq

Bu təvəzlərdə çoxlu sayda liflər və antioksidantlar yazda da saxlanır.

 

Kasnı bitkisi

Cavanlaşdırıcı və təmizləyici xüsusiyyətlərə malikdir. Şəkərsiz içiləcəksə, o zaman gündə 3 dəfə qəbul etmək olar.

Qoz

Qoz zülal və mikroelementlərlə zəngindir. Gün ərzində 4-5 qoz yemək çox faydalıdır.

Buğda toxumu 

Sinir və ürək sistemini tənzimləyən maqneziumla zəngindir. Bu, uzun sürən qışdan stressə düşmüş insanlar üçün yazda vacibdir. Yoqurtla yemək daha uyğundur.

Yoqurt

Tərkibində əhval-ruhiyyəni yaxşılaşdıran tiptofan var. Təbii və ya yağsızlaşdırılmış yoqurt seçmək lazımdır.

Nar şirəsi

Dərinin həyat tonusunu yaxşılaşdırır və beləliklə də, bizi yay fəslinə hazırlamış olur. O, həmçinin anemiya ( qanazlığı) ilə də mübarizə aparır.

Bitki yağı

Tərkibi  А, D, Е, К vitaminləri ilə zəngindir. Dəriyə, gözlərə faydalıdır. Yaşlanmanın qarşısını alır və immuniteti möhkəmləndirir.

Dəniz məhsulları, balıq

Bu qida məhsulları yaşlanmanın qarşısını alan antioksidantlar və yağ turşuları ilə zəngindir. Onların tərkibində zərərli xoleserinin miqdarı az, E vitamini və yod isə çoxdur. Bu məhsullar yaddaşa və əhvala yaxşı təsir edir.

Quru meyvələr

Tərkibi kalium, maqnezium və liflərlə zəngindir. Yüksək kalorili olduqları üçün onlardan çox istifadə etmək olmaz. Gün ərzində 4-5 ədəd qara gavalı və ya ərik qurusu kifayətdir.

Ət, toyuq

Bu məhsullar ilboyu qida rasionunda olmalıdırlar. Heyvani zülal amin turşularının mənbəyidir.

 

Gununsesi.info