Yazıçı Kəramət Böyükçöl İsrail-Azərbaycan münasibətləri və regional siyasətlə bağlı fikirlərini bölüşüb.
Gununsesi.info xəbər verir ki, o, Azərbaycanın İsraillə münasibətlərini Türkiyə ilə strateji müttəfiqlikdən sonra gələn dostluq kimi qiymətləndirib və bu yanaşmanı dövlət maraqlarına uyğun hesab etdiyini bildirib.
O, həmçinin İsrailin Ermənistanla bağlı mövqeyinə dair iddialara toxunulub.
Müəllif bu məsələdə Ermənistan Baş naziri Nikol Paşinyanın İsrailə sərt cavab verdiyini iddia edir.
Onun sözlərinə görə, Paşinyan İsrailin qərarının Türkiyə ilə münasibətlər fonunda verildiyini bildirib və bunun Ermənistanın maraqlarına uyğun olmadığını vurğulayıb.
Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyi Knessetdə müzakirəyə çıxarılmış qondarma “erməni soyqırımı”nın tanınmasına dair qanun layihəsinin əleyhinə çıxış edib.
Elmar












