Yeni hazırlanan “Ticarət fəaliyyəti haqqında” qanun layihəsi hökumətdə müzakirə edilir.
Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.
Deputat bildirib ki, layihə bu gün İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müzakirəsi zamanı diqqətə çatdırılıb:
“İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan layihə hazırda təkmilləşdirilmə mərhələsindədir. Qanunun hazırlanmasında məqsəd ticarətin tənzimlənməsi və bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsindən ibarətdir. Layihə hələlik parlamentdə təsdiq edilmədiyi üçün haqqında detalları bilmirik. Dəqiqləşdirilmiş versiya Milli Məclisə təqdim edildikdə İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarıla bilər”.
Gununsesi.info