Yuxuya geden qız ona yaxınlaşan ayını gördü və… -VİDEO

Meksikada universitet şəhərciyində skamyada mürgüləyən gənc qız ayının ona yaxınlaşdığını görüb donub qalıb. Əli ilə gözlərini bağlayan gənc qız hərəkətsiz qalıb, ayının ondan uzaqlaşmasını gözləib.

Meksikanın şimalındakı Nuevo Leon əyalətindəki Nuevo Leon Muxtar Universitetində (UANL) skamyada yatarkən gənc qız həyatının şokunu yaşadı. Gənc qız gözlərini açanda yanında ayı ilə qarşılaşıb. Ayını görəndə donub qalan gənc qız əli ilə gözlərini yumaraq, hərəkətsizcə ayının ondan uzaqlaşmasını gözləyirdi. Başqa bir tələbə tərəfindən lentə alınan həmin anlarda ayının qıza fikir verməyərək yoluna davam etdiyi görülüb.

Nuevo Leon əyalətində yaşayış məntəqələrində ayıların görünməsi çox yaygındır. Səlahiyyətlilər vətəndaşlara təhlükəsizlik baxımından ayılara yaxınlaşmamaq barədə xəbərdarlıq edir, fotoşəkil çəkdirməkdən və yemək verməkdən çəkinməyi tövsiyə edir.

Keçən oktyabrın 25-də Nuevo Leon Muxtar Universitetində baş verən hadisədə ayı kampusa girərək tələbənin çantasını oğurlayaraq qaçıb. (Turkustan.az)

Gununsesi.info