Zəngəzur dəhlizinin tezliklə açılmasını istəyirik - Çavuşoğlu

  • By admin
  • 27 İyun 2022 11:45

İlk dəfə olaraq üç ölkənin nümayəndələri bir araya gəldik. Görüşümüz uğurlu oldu.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

“Azərbaycan və Qazaxıstanla əlaqələrimizi sorğulamağa gərək yoxdur. Bu gün ölkələrimizin üzərində risklər var, amma bunların öhdəsindən birlikdə gələcəyik. Xəzər keçişləri önəmli rol oynayır. Yeni bağlantıların açılması böyük imkanlar yaradacaq.

Eyni zamanda Türkiyə, Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasını dəstəkləyir. Zəngəzur dəhlizinin tezliklə açılmasını istəyirik. Can Azərbaycanın hər zaman yanındayıq. Bu bəyannamə ilə ölkələrimiz arasında əlaqələr daha da güclənəcək və Türk dövlətlərinə də dəstək olacaq”, – deyə Türkiyə XİN başçısı vurğulayıb.

Qeyd edək ki, iyunun 27-də Azərbaycan, Türkiyə, Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərin ilk üçtərəfli görüşü keçirilib. Görüşün yekununda birgə Bakı Bəyannaməsi imzalanıb. Bakı Bəyannaməsini Azərbaycan, Türkiyə, Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirləri imzalayıblar.

Gununsesi.info