Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları şəhid ailələrinə baş çəkdilər

  • By admin
  • 06 Noyabr 2022 13:00

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə baş çəkiblər.

Gununsesi.info xəbər verir ki, Zəfər Günü münasibəti ilə şəhidlərimizin ailə üzvlərini təbrik ediblər. Onlarla həmsöhbət olub, mənəvi dəstəklərini ifadə ediblər, gətirdikləri sovqatları təqdim ediblər.

Görüşlər zamanı şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdiyini və daim onların hünərinin Azərbaycan xalqının yaddaşında yaşayacağı qeyd edilib.

Mərd oğullarımızın qəhrəmanlıqla dolu döyüş yolu xatırlanıb, hər birinin göstərdiyi igidlikdən bəhs olunub.

Şəhidlərimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə polis əməkdaşlarına minnətdarlığını bildiriblər.

Gununsesi.info