Zamin kredit borcunu ödədikdən sonra əsas borcludan pulu geri tələb edə bilərmi

  • By Admin2
  • 12 Fevral 2026 17:45

Kredit problemlərində bir əsas məsələ də zaminlikdir.

Krediti götürən şəxs həmin krediti ödəyə bilməyəndə, aydın məsələdir ki, zamin ödəməli olur. 

Bəs maraqlıdır, zamin kredit borcunu ödədik sonra krediti götürən şəxsdən həmin pulu tələb edə bilərmi?

Qanun bu barədə nə deyir?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.

O bildirib ki, Mülki Məcəllənin 383-390-cı maddələrinə əsasən, zamin borcu ödəyərsə, subroqasiya hüququ əldə edir. Yəni bankın bütün hüquqlarını (əsas borc, faiz, cərimə) əsas borcludan tələb etmək hüququ yaranır. Zamin bu halda ödədiyi məbləği və faizləri (Mülki Məcəllə 439-cu maddəyə görə) məhkəmədə tələb edə bilər. Əgər zaminlik müqaviləsində regress hüququ göstərilibsə, proses daha sürətlidir.
Pozuntu halında (əsas borclu ödəməkdən imtina etsə) zamin məhkəməyə müraciət edərək əmlak həbsi tətbiq etdirə bilər”.

Orxan

Gununsesi.info