Zaqatalada 2 maşın toqquşdu - Xəsarət alanlar var

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunda qəza baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə yolun 122-ci kilometrliyində, Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.
İki “VAZ” markalı minik avtomobili toqquşub, xəsarət alanlar var.