Zəvvarlarımız artıq Hacı oldular

  • By Günel
  • 06 İyun 2025 22:30

Bu gün zəvvarlarımız sübh namazından sonra böyük şeytana (Əqəbə) 7 daş atdılar, daha sonra qurban kəsib saçlarını qırxdırdılar.

Gununsesi.info xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.

O bildirib ki, artıq zəvvarlar Hacı olublar.

V. Cahangirinin sözlərinə görə, zəvvarlar hazırda Mina çadır düşərgəsindədirlər:

“Şəriətə görə, onlar 3 gecə burada gecələməlidirlər. Kiçik, orta və böyük şeytanı daşlamalıdırlar. Sabah sübh namazını qıldıqdan sonra kiçik, orta və böyük şeytana hərəsinə 7 daş olmaqla ümumilikdə 21 daş atacaqlar. Sonra geri qayıdıb Minada gecələyəcəklər. Birisi gün yenə Cəmərata gedib 3 şeytanı daşlayacaqlar. Zöhr namazına yaxın otelə qayıdacaqlar. Daha sonra ya gecə, ya gündüz vaxt edib Kəbəyə gedib Həccin 7 təvafını edəcəklər. Sonra Minada olduqları günlərdə ifada təvafı edəcəklər, buna təqsir yoxdur. Daha sonra 2 rükət namaz qılıb Səfa və Mərvə dağları arasında səy edəcəklər. Məkkəni tərk edəndə vida təvafı olacaq. Bununla da həccin vacib əməli bitəcək. Önümüzdə 2 gün qalıb”.

Gununsesi.info