Ərdoğan uşaqlara pul payladı - VİDEO

  • By admin
  • 14 May 2023 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səs vermək üçün İstanbuldakı orta məktəbdə yaradılmış seçki məntəqəsinə gəlib.

Dövlət başçısı təhsil müəssisəsinin dəhlizində seçicilərlə söhbət edib.

Bu zaman Ərdoğan ölkədə bazar günü qeyd olunan Analar Günü münasibətilə cibindən pul çıxararaq ətrafdakı uşaqlara paylayıb. Onun azyaşlılardan hər birinə 200 türk lirəsi verdiyi bildirilir.

Gununsesi.info