Ərdoğandan xəbərdarlıq: Heç kimə icazə verilməyəcək

  • By admin
  • 20 Aprel 2022 15:16

“PKK-nın baza və hazırlıq olaraq istifadə etdiyi bölgələrdə hərtərəfli başladılan Pəncə-Kilit hərəkatının məqsədi ölkəmizin sərhəd təhlükəsizliyini təmin etməkdir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti, AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan partiyanın TBMM qrup toplantısında çıxış edib.

“Heç kimin bizimlə millətimizin arasına girməsinə icazə verməyəcəyik. Heç bir qarşılıq gözləmədən ölkəmizə xidmət etməyə davam edəcəyik. Millət bizim ilhamımız, güc mənbəyimiz və yeganə həmsöhbətimizdir”,- Türkiyə lideri bildirib.

Gununsesi.info