Dövlətin götürdüyü kreditlər yalnız Milli Məclisin razılığı ilə olmalıdır - QÜDRƏT HƏSƏNQULİYEV

  • By admin
  • 20 Aprel 2022 15:19

 

Bu gün  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Gununsesi.info bildirir ki,  iclasda çıxış “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi aparılıb.

İclasda çıxış edən deputat Qüdrət Həsənquliyev həmkarlarının diqqətini önəmli məsələyə çəkib.

Qüdrət Həsənquliyev qeyd edib ki, dövlətin götürdüyü kreditlər yalnız Milli Məclisin razılığı il olmalıdır: “Çünki dövlət büdcəsindən ayrılmalar Milli Məclisdə bölünür”.

Deputat onu da bildirib ki, Hesablama Palatasının dövlət büdcəsinə, DSMF-nin büdcəsinə verdiyi rəylər çox cəsarətli idi: “Bəzi həmkarlar reallıqları unudurlar və Hesablama Palatasından daha cəsarətli addımlar, rəylər gözləyirlər. Amma nəzərə almırlar ki, biz əlimizdə olanı da itirə bilərik. Mövcud reallıqlar çərçivəsində Hesablama Palatası əlindən gələni edir”.

 

Günay

Gununsesi.info