Şəhid leytenantın doğum günüdür - FOTOLAR

  • By admin
  • 20 Aprel 2022 15:30

Bu gün Vətən müharibəsi şəhidi, leytenant Mayis Yaqubovun doğum günüdür.

Gununsesi.info xəbər verir ki, Mayis Rəhim oğlu Yaqubov 1998-ci il aprelin 20-də Qazax rayon Daş Salahlı kəndində anadan olub. 2004-2015-ci illərdə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəbdə təhsil alıb. 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsilini bitirib.

2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edən şəhidimiz 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə qatılıb. Mayis Yaqubov oktyabrın 17-də Xocavənd döyüşləri şəhid olub. Qazax rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamı ilə Mayis Yaqubov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Bundan başqa qəhrəmanımız “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə” medallarına da layiq görülüb.

Allah rəhmət eləsin!

Gununsesi.info