Ərdoğandan Yunanıstana SƏRT REAKSİYA

  • By admin
  • 01 Sentyabr 2022 09:57

“Egey dənizində hər fürsətdə təqib və kobudluqla iğtişaş yaradanların yalnız başqaları tərəfindən istiqamətləndirildiyini, əsl mübarizəni isə yunanların arxasında olanların verdiyini bilirik”.

Gununsesi.info xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan Dəniz Akademiyası Komandanlığında keçirilən mərasimdə etdiyi çıxışında deyib.

Qardaş ölkənin dövlət başçısı Yunanıstanın radar kilidi təcavüzlərinə reaksiya verərək deyib:

“Biz PUA-larımız, SİHA-larımız və “Akıncı”larımızla varıq. İndi “Gökbey”imizin (helikopter-red.) yanındayıq. İndi bu silahlarla dünyada bizə düşmən olanların başının bəlasıyıq. Biz artıq dünyada heç bir dövlətə malik olduğu imkanlara görə heyran olan ölkə deyilik”.

Xatırladaq ki, Aralıq dənizində beynəlxalq hava məkanında missiya uçuşları həyata keçirən Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının F-16-ları 23 avqustda Girit adasında yerləşdirilmiş Yunanıstanın Rusiya istehsalı S-300 Hava Hücumundan Müdafiə Sistemi tərəfindən narahat edilmişdi.

Gununsesi.info