1 yaşlı uşaq qızdırmadan öldü

  • Müəllif: Orxan
  • 16 Aprel 2026 13:40

Gədəbəydə 1 yaşlı uşaq yüksək hərarətdən ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə aprelin 15-i saat 05 radələrində Kiçik Qaramurad kəndində qeydə alınıb.

Belə ki, 2025-ci il təvəllüdlü Rəsul Elman oğlu Əsədov yüksək hərarətlə xəstəxanaya çatdırılıb və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info