10 min verib Həccə gedənlər, qayıdandan sonra…

  • By admin
  • 11 Fevral 2024 10:10

Həcc ziyarətinin qiyməti 10 min manat oldu. 10 min manat…

Azərbaycandan 5 min nəfər bu pulu verib gedəcək həccə. Şeytan daşlamağa.

Qayıdıb gələcəklər, öz ölkələrində gördükləri haqsızlıqlara susacaqlar”.

Gununsesi.info-nun xəbərinə görə, bunu gənc fəal İlkin Rüstəmzadə sosial şəbəkədə yazıb.

O, daha sonra əlavə edib:

 

Ölkələrində bir dənə yaralı barmağa tibbi xidmət göstərməyəcəklər. Uzağı Şəbnəmi saxlayacaqlar.

Əvəzində ərəb şeyxlərini zənginləşdirəcəklər. Onlar da gedib dünyada cənnəti yaşayacaqlar.

500 milyonluq şəxsi təyyarələrdə, Rolls Royce-larda gəzəcəklər.

Şərqin yüzillərdir sürən istismarı, şərqlinin avamlığı beləcə davam edəcək.

Uzağı bunu görüb dilə gətirənləri söyəcəklər…

 

Gununsesi.info