13 yaşlı oğlan öldü

  • By admin
  • 06 Dekabr 2021 13:22

Qusar rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə dekabrın 5-də rayonun Laza kəndində qeydə alınıb. Yaxınları ilə birlikdə istirahətə gedən 2008-ci il təvəllüdlü Rüstəmli Nihad Niyaz oğlu dağdan yıxılaraq ölüb.

Hadisəni Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiqləyiblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info