Şəkidə 34 yaşlı qadın dəm qazından boğulub.
Gununsesi.info xəbər verir ki, hadisə martın 1-də saat 21 radələrində rayonun Suçma kəndində baş verib.
Belə ki, Yenigül Mənafova yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.











