
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 57 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinən (DİN) Gununsesi.info-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 40 qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
Rəsmi məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.
Gununsesi.info