Cənubi Koreyada məscidə donuz kəlləsinin asılması narazılıqlara yol açdı – BMT-yə müdaxilə çağırışı edildi

  • By admin
  • 27 Dekabr 2022 17:42

Cənubi Koreyada qarşısı alınan məscid tikilişinin davamı üçün “Birləşmiş Millətlər Təşkilatı”ndan (BMT) müdaxilə etməsi istənilir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreyada insan haqları qrupu ölkənin Daequ şəhərində tikinti yerində girişi əngəllənən və olduğu küçəyə donuz kəllələri qoyulan məscid inşasının davam etdirilə bilməsi üçün BMT-yə müraciət edib.

Yerli rəsmilərin məhkəmə qərarlarını yerinə yetirmə ilə bağlı hərəkətsizliyindən narahat olan insan haqları qrupu bu addıma baş vurub. Onlar BMT-nin din azadlığı hesabatçısından məscid inşasının davamı üçün qurumdan kömək etməsini istəyiblər.
Onlar donuz kəllələri ilə bağlı isə bu müraciətin C. Koreya dövlət yetkililəri tərəfindən diqqətə alınmadığını bildirirlər.

 

Göndərilən məktubda “Bəlli bir din və ya irqə hər cür ayrışmanı təcili qınamağa, Daequ şəhərindəki bütün ictimai işçilərə tərəfsizlik və irqçilik əleyhinə maarifləndirici tədrisə və bütün zərərləri aradan qaldırmağa” çağırış yer alır.

Ortada inşaatın davam etiməsi ilə bağlı məhkəmə qərarı olsa da, bölgə xalqı iş çalışmalarını əngələməkdə israr edir.

Gununsesi.info