Bolt sürücüsünə verilən ən yüksək bəxşiş məbləği açıqlandı - ŞİRKƏT 2022-Cİ İL ÜÇÜN HESABAT AÇIQLAYIB

  • By admin
  • 17 Fevral 2023 13:04

Bolt şirkəti 2022-ci il üzrə yekunları elan etdi

 

Yeni 2023-cü ildə Bolt şirkəti əvvəlki kimi hələ də innovasiya, təhlükəsizlik, coğrafiyanın genişləndirilməsi, həmçinin istifadəçilərin həyat rahatlığının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərməyə davam edir. Ənənəvi olaraq, Bolt şirkəti öz işlərinə dair yekunları elan edir və gələcək üçün planlar qurur. 

Guununsesi.info-nun xəbərinə görə, bu fikirlər “Bolt”un ötən ilin yekunları ilə bağlı hesabatının təqdimatında əks olunub:

2022-ci il üçün daha bir neçə maraqlı məlumat statistikasını təqdim edirik:

  • bir səfər zamanı gedilən ən uzun məsafə – 176 km;
  • ən aktiv istifadəçi ildə 1755 səfər edib;
  • Bolt sürücüsünə verilən ən yüksək bəxşiş məbləği 267 AZN-dir.

“Bolt şirkəti həm öz müştəriləri, həm də əməkdaşlıq etdiyi sürücülərinin qayğısına qalır. Hər zaman onlar üçün daha nə edə biləcəyimiz barədə düşünürük. Bu il də işlər məhz bu istiqamətdə aparılıb. İstifadəçilərimizi mümkün qədər qoruyan sığorta proqramının yaradılması hadisəsini 2022-ci il üçün olan mühüm nailiyyətimiz hesab edirik. Aktiv sürücülərə təşəkkür etmək üçün qiymətli hədiyyələr oynanılan uduşumuzu keçirtdik. Biz həmçinin hesab edirik ki, rayd-heylinq xidmətlərinin inkişaf etdirilməsi Azərbaycandakı şəhərlərin inkişafı üçün faydalıdır. Belə xidmətlər sayəsində şəhərlər tıxaclar və şəhər mərkəzinin avtomobillərlə sıxlığı kimi bir sıra problemlərdən xilas ola bilər. Biz xidmətin coğrafiyasının genişləndirilməsinə, eləcə də həm istifadəçilər, həm də sürücülər üçün göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə böyük diqqət yetiririk. Gələn il də biz bu istiqamətdə işimizi davam etdirəcəyik. Ümumiyyətlə, mən 2022-ci ili uğurlu il hesab edirəm və Bolt komandasının hər bir üzvünə səmərəli iş gördüyü üçün minnətdaram”, – deyə Bolt Azərbaycanın səfər sifarişləri üzrə şöbə rəisi Naim Əzizov bildirib.

 

Bu il Bolt Food xidməti Gəncə şəhərində fəaliyyətə başladı. Bolt Food tətbiqində həmçinin “Kuryerə bəxşiş qoymaq” funksiyası da əlavə olundu.

“Yeni bir şəhərdə Bolt Food xidmətinin işə salınması çox səy və sistemli, planlı iş tələb edən bir prosesdir. Biz restoranlarla çoxlu danışıqlar aparmışıq və yeni müəssisələri bu xidmətə qoşmağa davam edirik. Bolt Food tətbiqində dünyanın müxtəlif xalqlarının mətbəxlərinin olması və hər bir istifadəçinin öz sevimli yeməklərini sifariş edə bilməsi bizim üçün vacibdir. Azərbaycanın ikinci böyük şəhəri Gəncədə xidmətin istifadəyə verilməsini ötən ilin mühüm nailiyyəti hesab edirik”, – deyə Bolt Food Azərbaycan qida çatdırılması istiqamətinin rəhbəri Qədim Vəliyev bildirib.

Afət

Gununsesi.info