Qubad İbadoğlu: “Gürcü xalqı dünən siyasi tarixində təzə səhifə açdı” - QUBAD İBADOĞLU

  • By admin
  • 09 Mart 2023 00:20

Gürcüstan hökumətinin vətəndaş cəmiyyəti quruculuğuna zərbə sayılacaq “xarici agentlər haqqında” qanunu parlamentə çıxarması ölkədə kütləvi vətəndaş etirazına səbəb olub.

İki gündür ki, on minlərlə insan parlamentin qarşısına toplaşaraq, hakimiyyət əleyhinə çıxışlar edir.

HTML tutorial

Gununsesi.info-ya açıqlamasında Azərbaycan Demokratiya və Rifah Hərəkatı Partiyasının lideri Qubad İbadoğlu qonşu ölkədə baş verənləri şərh edib:

“Gürcü xalqı dünən siyasi tarixində təzə səhifə açdı, Rusiyaya və rusiyayönlü hakimiyyətə qarşı açıq mövqe qoymaqla, dinc etiraza polis müdaxiləsinə cəsarətlə müqavimət göstərməklə yenidən bütün dünyanın diqqətini özünə cəlb etdi. Bu xalq hər zaman öndə olub, örnək göstərib, sözünü deyib, haqqını əldə edib, qonşu xalqlara da mübarizə üçün nümunələr bəxş edib. Eşq olsun, gürcülərə. Gerçəkdən onlarla qonşuluqda qürur duyuram”.

Qubad İbadoğlu deyir ki, sivil dünya Azərbaycan xalqının da Qarabağda rus ərarətinə və təxribatlarına qarşı mövqeyini gözləyir:

“Bəlkə də indiki qədər bizim heç zaman belə şansımız yaranmayıb. Müdafiə Nazirliyi Rusiya işğalçı ordusunun müşayiəti ilə Qarabağda hərbi daşımaların həyata keçirilməsini bəyan edib. Bununla bağlı Caliber.Az layihəsinin “YouTube” və “Teleqram” kanallarında çoxsaylı dəlil və sübutlar yerləşdirilib. Bəs, biz nəyi gözləyirik? Nə vaxta qədər şəhid verəcəyik? Niyə mövqe qoymuruq?

Hesab edirəm ki, işğalçı rus ordusunun Qarabağdan çıxarılması üçün ilk növbədə Azərbaycan xalqı ictimai mövqe qoymalıdır. Bu çağırışla etiraz aksiyalarına start verilməlidir. Gələcəyimizi bu gündən fikirləşməliyik, yoxsa, bu dəfə nəinki gürcülərdən, hətta ermənilərdən də geridə qalacağıq”.

 

Mətləb Yaqublu

Gununsesi.info