Ağdam şəhərinə ilk köçün vaxtı açıqlandı

  • Müəllif: Firuzə
  • 23 Sentyabr 2025 14:24

“Bu ilin noyabr ayında Ağdam şəhərinə ilk köç planlaşdırılır”.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, ilk mərhələdə 110 ailənin şəhərə köçü nəzərdə tutulub: “Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə köçürüləcək ailələrin siyahısı hazırlanır”.

 

Gununsesi.info