Fəvvarələr meydanı və Qış Parkı ətrafındakı ərazidə piyadaların sərbəst və rahat hərəkət etmələri üçün piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq işləri davam etdirilir.
Gununsesi.info xəbər verir ki, bu çərçivədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin “Sutikinti” MMC tərəfindən Yasamal rayonu İslam Səfərli küçəsində içməli su və tullantı su xətlərinin yenilənməsi işləri aparılır.
Ümumilikdə 967 metr içməli su xətti, 493 metr kanalizasiya xətti dəyişdiriləcək. İşlər yaxın günlərdə yekunlaşdırılacaq.


















