2026-cı ildə elektromobil almaq istəyənlərə şad xəbər

  • Müəllif: Firuzə
  • 23 Oktyabr 2025 15:25

Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olacaq.

Gununsesi.info xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.

Sənədə əsasən, 2026 yanvarın 1 dən 1 il müddətinə yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilir.

 

Gununsesi.info