Ukraynadan daha 12 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib -FOTO

  • Müəllif: Admin08
  • 29 Oktyabr 2025 19:11

Ukraynanın Sumı vilayətindən olan yeni bir qrup – 12 uşaq reabilitasiya proqramı çərçivəsində Azərbaycana gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev “X” hesabında paylaşım edib.

O qeyd edib ki, təşəbbüs Ukraynanın xarici işlər nazirinin müavini Andrii Sybiha tərəfindən irəli sürülüb.

Səfir bildirib ki, indiyədək, o cümlədən bu il 215 nəfər olmaqla, ümumilikdə, 459 ukraynalı uşaq Azərbaycanda qayğı və sülh tapıb.

“Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq”, – Husyev vurğulayıb.

Ukraynadan daha 12 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib

Gununsesi.info