ABŞ-Avropa münasibətlərində yeni gərginlik mərhələsi?

Avropa Ukrayna münaqişəsinin həlli üçün öz planını yaratmalıdır.

Bunu müdafiə üzrə Avropa komissarı Andriyus Kubiliyus deyib.

“Brüsselin amerikalı dostlarının hazırladığı plandan əlavə, Avropa ölkələrinin hazırladığı təşəbbüsü müzakirə etmək imkanı olmalıdır”, – o bildirib.

Avropanın ayrıca sülh planı hazırlaması ABŞ-Avropa münasibətlərinə necə təsir edə bilər?

Avropanın Ukrayna münaqişəsi üçün ayrıca sülh planı hazırlaması ABŞ-Avropa münasibətlərinə bir neçə istiqamətdə təsir edə bilər. Bu təsirləri üç əsas istiqamətdə izah etmək mümkündür.

Birincisi, strateji müstəqillik və güc balansı, ikincisi, transatlantik koordinasiya problemi, nəhayət, ABŞ üçün Avropanın yenidən önə çıxması.

Strateji müstəqillik və güc balansı dedik də, ümumiyyətlə, Avropanın ayrıca plan hazırlaması, əslində, strateji avtonomiya məqsədinin gücləndiyini göstərir.

Digər tərəfdən, ABŞ və Avropanın iki ayrı plan yaratması, koordinasiyanın zəifləməsi riskini daşıyır. Burada görünən riski belə izah etmək olar: Vaşinqton–Brüssel arasında mesaj fərqlilikləri yaranarsa, bu, həm Kiyevdə, həm Moskvada “Qərb birliyi çatlayır” təəssüratı yarada bilər. Bir gizli məqsəd isə Avropa bəzən ABŞ-dən daha praqmatik mövqe tutur. Məsələn, bəzi Avropa ölkələri Rusiyayla kommunikasiya kanallarını saxlamağa daha çox maraqlıdır. Bu da ABŞ-nin daha sərt xəttindən fərqlənir.

Konkret desək, Avropanın ayrıca sülh planı ABŞ-Avropa münasibətlərinə həm təzyiq, həm də enerji gətirə bilər.

 

Elmar

Gununsesi.info