Avropanın dəyişməsini istəmirik – Tramp

  • Müəllif: Ayshan
  • 09 Dekabr 2025 08:57

Avropa olduqca pis istiqamətdə hərəkət edir.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp X sosial şəbəkəsinin Avrokomissiya tərəfindən cərimələnməsini şərh edərkən deyib.

O, sözügedən qərarı xoşagəlməz adlandırıb:

“Biz Avropanı Avropa olaraq saxlamaq istəyirik. Bu qitə pis istiqamətdə hərəkət edir. İnsanlar üçün çox pisdir. Avropanın bu qədər dəyişməsini istəmirik”.

Qeyd edək ki, Avropa Komissiyası Maskın sahibi olduğu X sosial şəbəkəsini 120 milyon avro məbləğində cərimələyib.

Gununsesi.info