İdmançılara qadağan olunan maddələrlə bağlı qaydalar nə vaxt qüvvəyə minəcək?

  • Müəllif: Ayshan
  • 29 Dekabr 2025 12:55

Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün müəyyənləşdirdiyi qadağan edilmiş maddələrin siyahısının açıqlanacağı tarix məlum olub.

Bu barədə Gununsesi.info -ya Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

Qaydalar 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Siyahı Azərbaycan dilinə tərcümə olunub. Qadağan edilmiş maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Siyahı üç hissədən – hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.

Gununsesi.info