“Floridada Tramp-Zelenski danışıqlarının nəticəsiz bitməsi onu göstərir ki, Amerika prezidenti əməli fəaliyyətlə yox, boşboğazlıq və ucuz şou ilə məşğuldur. Adam Putin faktorundan əməlli-başlı çəkinir”.
Bunu Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Qulu Məhərrəmli ABŞ və Ukrayna liderlərinin son görüşünü şərh edərkən deyib.
Qulu Məhərrəmlinin sözlərinə görə,Trampın mətbuat konfransında səsləndirdiyi “Rusiya Ukraynanın yenidən qurulmasına kömək edəcək… Putin Ukraynaya ucuz elektrik enerjisi vermək istəyir” fikirləri müasir dünyada siyasi riyakarlığın parlaq nümunəsidir: “Bu cür açıqlamalar Trampın diplomatik acizliyinin göstəricisidir”.
Günay Mahirqızı
Gununsesi.info











