Cəbrayılda yanğın törədən şəxs saxlanıldı

  • Müəllif: Firuzə
  • 08 Yanvar 2026 12:10

Yanvar ayının 7-də Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinin ərazisində əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Gununsesi.info-ya bildirilib ki, araşdırmalarla yanğını 1960-cı il təvəllüdlü F.Abbasov tərəfindən törədildiyi müəyyən edilib.

Hadisə nəticəsində 1 hektar ərazidə quru ot sahəsi yanıb.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Gununsesi.info