Tramp nefti 50 dollara endirmək istəyir

ABŞ prezidenti Donald Tramp və onun administrasiyası illərdir Venesuela neft sənayesinə nəzarət etmək üçün mürəkkəb bir təşəbbüs planlaşdırır və neft qiymətlərini barel qiymətlərini 50 dollara endirməyi hədəfləyir.

Gununsesi.info xəbər verir ki, bu barədə Wall Street Journal bildirib.

Hesabatda deyilir ki, Tramp administrasiyası Venesuelanın dövlət neft şirkəti olan Petróleos de Venezuela SA və ya PdVSA üzərində müəyyən nəzarəti ələ keçirməyi nəzərdən keçirir. Məlumata görə, Tramp köməkçilərinə bu səylərin neftin qiymətlərini bir barel üçün 50 dollara çatdırmağa kömək edə biləcəyini deyib.

Qeyd etmək lazımdır ki, Azərbaycan kimi iqtisadiyyatı neft üzərində qurulmuş ölkələr ücün bu çox pis hadisə ola bilər.

 

 

Gununsesi.info