Rada SBU rəhbərinin vəzifədən azad edilməsi məsələsinə baxacaq

  • Müəllif: Orxan
  • 12 Yanvar 2026 16:15

Zelenski Malyukun Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilməsi üçün Ali Radaya qanun layihəsi təqdim edib.

Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.

Belə ki, yanvarın 5-də Vasil Malyuk rəsmi olaraq Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən istefa verdiyini elan etdi. 

Bununla belə, o, “düşmənə maksimum ziyan vurmağa davam edəcək dünya səviyyəli asimmetrik xüsusi əməliyyatlar aparmaq” üçün SBU-da qalacağını qeyd etdi.

Elə həmin gün Zelenski Yevgeni Xmaranı Ukrayna Təhlükəsizlik Xidmətinin yeni rəhbəri təyin etdi.

Daha sonra Ukraynanın “Liga” nəşri öz mənbələrinə istinadən yazırdı ki, Malukun istefası Ukrayna liderinin köməkçisi və “pul kisəsi sahibi” Timur Mindiçin iştirak etdiyi korrupsiya işi ilə əlaqəli ola bilər.

Qeyd edək ki, bundan əvvəl Ukraynada Zelenskinin yeni ofis rəhbəri ilə bağlı tənqidlər başlamışdı.

Gununsesi.info