43 yaşlı qadın dəm qazından boğulub öldü

  • Müəllif: Firuzə
  • 02 Fevral 2026 09:52

Abşeronda 43 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H. Məmmədov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan E.Seyidova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info