“Kəpəz”in futbolçusu bıçaqlandı - Vəziyyəti ağırdır - Yenilənib

  • Müəllif: Firuzə
  • 03 Fevral 2026 09:34

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

O, əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Bıçaqlanan şəxs “Kəpəz” futbol klubunun futbolçusudur. O, “Turan Tovuz” futbol kulubundan transfer edilib.

Faktla bağlı araşdırma aparılır.

***

“Kəpəz”in Mətbuat xidmətindən verilən açıqlamada futbolçunun vəziyyətinin ağır olduğu bildirilib: “Bəli, futbolçumuz Veysəl Rzayev bıçaqlanıb. Amma hadisənin səbəbi bəlli deyil. Hələ ki bu barədə məlumat yoxdur. Futbolçumuzun vəziyyəti ağırdır, amma həyati təhlükəsi yoxdur”.

***

DİN-in regional qrupundan bildirilib ki, faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. Əməli törədən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.

kepezin-futbolcusu-bicaqlandi

Gununsesi.info