Azərbaycanda zəlzələ

  • Müəllif: Orxan
  • 22 Fevral 2026 10:08

Azərbaycanda zəlzələ olub.

Gununsesi.info xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 05:07-də Qobustan stansiyasından 35 km cənub-qərbdə, Şamaxı rayonunda qeydə alınıb.

3,9 maqnitudada olan yeraltı təkanın ocağı 2 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrə yaxın yaşayış kəndlərində 3-4 bala qədər hiss olunub.

Gununsesi.info