“Müctəba Xameneinin öldürülməsini istəmirəm” - Tramp

  • Müəllif: Firuzə
  • 23 Mart 2026 19:55

ABŞ lideri Donald Tramp İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin sağ olub-olmadığını bilmədiyini açıqlayıb. 

Gununsesi.info  xəbər verir ki, o, bunu “Fox”a açıqlamasında deyib.

“Onun sağ olub-olmadığını da bilmirik. Mən İran liderinin öldürülməsini istəmirəm. Hazırda heç kim o vəzifəni tutmaq istəməz”, – Tramp ifadə edib.

Gununsesi.info