Akif İslamzadə xəstəxanaya yerləşdirildi

  • Müəllif: Firuzə
  • 08 May 2026 09:26

Müğənni Akif İslamzadə xəstəxanaya yerləşdirilib.

Gununsesi.info axşam.az-a istinadən xəbər verir ki, sənətkar infarkt keçirib.

Təcili yardımın ilkin müdaxiləsindən sonra A.İslamzadə xəstəxanaya aparılıb.

İfaçının oğlu Ayxan açıqlamasında atasının hazırda xəstəxanada olduğunu deyib: “Həkimlər baxış keçirirlər”.

Gununsesi.info