İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-ni İslam Respublikasının hava məkanına müdaxilə etməkdə ittiham edib.
Gununsesi.info xəbər verir ki, bu barədə İİKK-nın bəyanatına bildirilib.
Bəyanatda deyilir: “ABŞ terrorçu ordusu müdaxilə və təcavüzkar hərəkətlərini davam etdirərək Fars körfəzi bölgəsindəki İran hava məkanına daxil olub”.
İİKK həmçinin hava hücumundan müdafiə sistemlərindən istifadə etdiyini və MQ-9 pilotsuz təyyarəsini vurduğunu, F-35 qırıcı təyyarəsini və RQ-4 pilotsuz təyyarəsini İran hava məkanını tərk etməyə məcbur etdiyini qeyd edib.
Korpus xəbərdarlıq edib ki, Amerika ordusu tərəfindən atəşkəsin pozulmasına qarşı qanuni olaraq qisas almaq hüququna malikdir.
Maqsud











